Google sizə ətraf dünyanı kəşf etməkdə yardım göstərmək ideyasına sadiqdir. Şəkillərimiz yaxınlıqdakı və ya bütün dünyadakı yerləri önizləməyinizə və kəşf etməyinizə kömək edir. Görüntülərin faydalılığını təmin etmək və istifadəçilərimizin araşdırdığı dünyanı əks etdirmək üçün biz çox işlər görürük.

Street View görüntüləri xarici tərəflər və ya Google tərəfindən töhfə oluna bilər. Hər təsvirlə birlikdə təqdim edilən atribut adına və ya piktoqrama əsasən fərqi ehtimal edə bilərsiniz. Xarici töhfəçi tərəfindən çəkilən və Google Xəritədə nəşr edilən görüntülər həmin töhfəçinin (və ya onların təyin etdiyi hər hansı tərəfin) mülkiyyətidir.

Bu səhifə Google'un Töhfə Verdiyi Street View Təsvir Siyasətini təqdim edir. İstifadəçinin töhfə verdiyi Street View təsviri üçün Xəritə üzrə İstifadəçinin Töhfə verdiyi Kontent Siyasətinə baxın.

Google'un Töhfə Verdiyi Street View
Təsvir Siyasəti

Street View təsvirlərinə baxan hər kəsin müsbət, faydalı təcrübəyə malik olmasını təmin etmək üçün Google'un töhfə verdiyi bu Street View Siyasətini işləyib hazırlamışıq. Bu, uyğun olmayan kontentə necə yanaşdığımızı və Street View təsvirini Google Xəritədə dərc etmək üçün istifadə etdiyimiz meyarları izah edir. Siyasətimizi arabir yeniləyə biləcəyimiz üçün vaxtaşırı olaraq yoxlayın.

Street View Təsvirləri Real Zaman Təsvirləri Deyil

Street View təsviri yalnız kameralarımızın həmin məkanın yaxınlığından keçərkən görə bildiklərini göstərir. Bundan sonra onları emal etmək aylar çəkir. Bu o deməkdir ki, gördüyünüz kontent bir neçə aydan bir neçə ilə qədər köhnə ola bilər. Uzun illər boyunca şəklini topladığımız bəzi məkanlardakı dəyişikliklərə Zaman Maşını funksiyasında baxa bilərsiniz.

Tutqunlaşdırma

Street View təsvirləri Google Xəritəyə nəşr edilərkən Google fərdlərin məxfiliyini qorumaq üçün bir sıra tədbirlər görür.

Street View-da Google'un töhfə verdiyi şəkillərdə tanına bilən üzləri və avtomobil nömrələrini tutqunlaşdırmaq üçün üz və avtomobil nömrələrinin tutqunlaşdırılması texnologiyasını işləyib hazılamışıq. Üzünüzün və ya avtomobil nömrənizin əlavə tutqunlaşdırma tələb etdiyini görsəniz və ya bütün evinizi, avtomobilinizi və ya bədəninizi tutqunlaşdırmağımızı istəyirsinizsə, "Problemi bildirin" alətindən istifadə edərək sorğu təqdim edin.

Uyğun olmayan məzmun

"Problemi bildirin" keçidi. Məzmunda bədii, maarifləndirici və ya sənədli dəyərin olduğu hallar istisna olmaqla, aşağıdakı kateqoriyaları uyğun olmayan kontent hesab edirik.

Əqli mülkiyyət hüquqları pozuntuları

Əqli mülkiyyət hüquqları pozuntuları

Müəllif hüquqları da daxil olmaqla, hər hansı digər bir şəxsin qanuni hüquqlarını pozan şəkillərə və ya digər kontentə icazə vermirik. Ətraflı məlumat və ya DMCA sorğusu göndərmək üçünmüəllif hüququ prosedurlarını nəzərdən keçirin.

Seksual xarakterli məzmun işarəsi

Seksual xarakterli məzmun

Açıq-saçıq seksual xarakterli kontentə icazə vermirik.

Qeyri-qanuni, təhlükəli və ya zorakılıqla bağlı məzmun işarəsi

Qeyri-qanuni, təhlükəli və ya zorakılıqla bağlı məzmun

Təbiət etibarilə qeyri-qanuni olan, təhlükəli və ya cinayət xarakterli hərəkətləri təşviq edən, yaxud qrafik və ya əsassız zorakılıqdan ibarət kontentə icazə vermirik.

Təcavüz və təhdidlər işarəsi

Təcavüz və təhdidlər

Street View'dan fərdlərə təcavüz etmək, onları qorxutmaq və ya hücum etmək üçün istifadə edilən kontentə icazə vermirik.

Nifrət dolu sözlər

Nifrət dolu sözlər

Fərdlərə və ya qruplara qarşı irqi və ya etnik mənşəyə, dinə, əlilliyə, cinsə, yaşa, milliyyətə, veteran statusuna, cinsi oriyentasiyaya və ya cinsi mənsubiyyətə əsasən zorakılıq təbliğ edən və ya buna göz yuman kontentə icazə vermirik.

Terror məzmunu işarəsi

Terror məzmunu

Terror təşkilatlarının bu xidmətdən istənilən məqsəd, o cümlədən işəgötürmə üçün istifadə etməsinə icazə vermirik. Həmçinin, terror aktlarını təşviq edən, zorakılığı və ya terror hücumlarını dəstəkləyən kontent kimi terrorizmlə bağlı kontenti siləcəyik.

Uşağın təhlükəyə məruz qoyulması işarəsi

Uşağın təhlükəyə məruz qoyulması

Google uşaqları istismar və ya sui-istifadə edən kontentə qarşı sıfır tolerantlıq siyasətinə malikdir. Buraya bütün cinsi istismar şəkli və uşaqları cinsi şəkildə təqdim edən bütün kontent daxildir. Uşaqların bu şəkildə istismar edildiyi istənilən kontent tapsanız, niyyətiniz bu kontenti Google'un diqqətinə çatdırmaq olsa belə, onu yenidən paylaşmayın və ya şərh etməyin. Kontenti internetdə başqa bir yerdə tapsanız, birbaşa olaraq İtkin Düşmüş və ya İstismar Edilən Uşaqlar üçün Milli Mərkəzə (İEUMM) müraciət edin.

Şəxsi məlumat işarəsi

Şəxsi məlumat

İstər sizin, istərsə də başqasının kredit kartı, tibbi qeydləri və ya dövlət tərəfindən verilən şəxsiyyət vəsiqəsi kimi şəxsi məlumatlardan ibarət kontentə icazə vermirik.