Street View ilə Zənzibarda yerli icmaları gücləndirmək

Beynəlxalq məlumatlılığı artırmaq öz iqtisadiyyatını inkişaf etdirmək üçün turizmə arxalanan hər bir təyinat üçün prioritetdir və Zənzibar da istisna deyil. Beləliklə öz ölkələri üçün iqtisadi təsir yaratmağa gəldikdə, Zənzibar Planlaşdırma Komissiyası arxipelaqlarının gözəlliklərini nümayiş etdirməkdə qərarlı idi - və Street View isə yardıma hazır idi. Onlar World Travel in 360 (WT360) şirkətinin peşəkar fotoqrafları Federico Debetto, Nickolay Omelchenko və Chris du Plessis ilə birlikdə Zənzibar Layihəsinə başladılar və yerli icmaları bu layihəni müstəqil şəkildə davam etdirməyə ilhamlandırdılar.

Google Street View Zənzibarda yerli icmaları gücləndirir

Watch the film

Link to Youtube Video (visible only when JS is disabled)

1700 km-lik

ərazinin fotoşəkilləri

980 min

yayımlanmış təsvir

33 milyon

baxış

105 otel

üçün elanlar

İnkişafa birlikdə təkan vermək

Böyük miqyaslı xəritəçəkmə işi çox çətindir. Buna görə də, WT360 komandası gözəl Unquca adasının xəritəsini çəkmək üçün Zənzibar Dövlət Universitetinin on iki könüllüsü ilə güclərini birləşdirdi. Onlar Federico, Nickolay, və Chris'in, təcrübələrini rəhbər tutaraq, 1700 kilometrlik ərazinin görüntülərini çəkdilər.

Turizm ümumi daxili məhsulumuza (ÜDM) 30%-dən çox töhfə verir. Bunun sayəsində gənclərimizi və artıq turizm sənayesində çalışanları yetişdirə bilirik. Bir vaxtlar insanlar turizmi otel sektoru kimi qəbul edirdi. Turizm bundan daha çox şeyi əhatə edir. Tarixiniz, hava yollarınız və marketinq tərəfiniz var. Bu sənayedə daha çox zənzibarlının çalışması hökumət və ölkə iqtisadiyyatı üçün çox faydalı olacaq.

-

Simai Mohammed Said, Zənzibarın Turizm və İrs Naziri.

Zənzibar inkişaf etdikcə, Federikonun komandası infrastrukturun inkişafına dəstək olmaq və ölkəyə yeni səyahətçilər cəlb etmək üçün mütəmadi olaraq yerli küçələrin 360 dərəcəli şəkillərini yeniləyir.

Zənzibarda Federico Debetto'dan Google Street View küçə fotosu

360 dərəcə şəkillərlə biznesləri qlobal səviyyəyə çıxarmaq

Bu ilin əvvəlində Federico şimaldakı Pemba adasını araşdırmağa başladı. Federico və keçmiş tələbə könüllü Ibrahim Khalid cəmi 6 gün ərzində 500 kilometrdən çox ərazinin şəkillərini və 40 hava panoramasını çəkdilər və Street View studiyası vasitəsilə Google Xəritəyə yüklədilər.

Turistik yerlərin, irsi ərazilərin, otel və bizneslərin dəqiq görüntüləri ilə onlar sürətlə böyüyən və adaları bütün dünyada tanıdan görüntü platformasını - Zənzibar Milli Qlobal Turunu yarada bildilər.

Xəritəçəkmədən iş yerlərinin yaradılmasına qədər

Federico ilk dəfə Shamymu Yassin'lə tanış olarkən, dron pilotu (pilotsuz uçuş aparatları operatoru) olmağa ümid edən bir tələbə idi. Zənzibarın gələcəyini yaxşılaşdırmaq arzusu ilə Shamymu Street View texnologiyası haqqında öyrənmək üçün WT360 komandasına müraciət etdi. Burada o, ən yaxşı kameradan istifadə qaydalarını, şəkilləri necə çəkməyi və Google Xəritəyə yükləməyi öyrəndi. Shamymu tezliklə bu bacarıqlara yiyələndi və Zənzibar adalarını araşdıraraq və xəritələrini çəkərək yaşayışını təmin edən peşəkar fotoqraf oldu.

Federico, Shamymu və Ibrahim hazırda ən son inkişaf etmiş ərazilərə, yeni bizneslərə və təmir edilmiş otellərə fokuslanaraq Zənzibarın yeni hava şəkillərini yükləmək üzərində işləyirlər. Zənzibar əyləncə parkının açılışı ilə onların missiyası böyüməyə davam edir.

Zanzibarda geniş miqyasda xəritəçəkmə: Street View Studio ilə daha ağıllı və sürətli data yayımlaması

2019-cu ildən bəri şəkil və kameraların keyfiyyəti yaxşılaşıb və Street View Studio'nun istifadəyə verilməsi isə şəkilləri dərc etməyi daha da asan və sürətli edib. Fotoqraflar eyni vaxtda birdən çox 360 dərəcəli video yükləyə, gedişata nəzarət edə, yüklənən materialı yerə və ya ilkin fayl adına görə axtara və interaktiv xəritə səviyyələrindən istifadə edərək gələcək kolleksiyalarını planlaşdıra bilərlər.

 

Street View Studio'dan istifadə edərək bütün Pemba adasını dərc etdik. Alətin əsas təkmilləşdirmələri dayandırılmış və ya yarıda qalmış yükləmələri bərpa etmək və yeni faylları əlavə etmək üçün gecə oyanmağa ehtiyac qalmadan bir neçə videonu birlikdə yükləmək kimi təşkilatı xarakter daşıyır. Bu, bizə çoxlu yuxu saatları qazandırdı!

-

Federico Debetto, peşəkar fotoqraf

 

Gələcəyi qurmaq

Zənzibar layihəsi yerli tələbələrə ölkələrinin xəritəsini çəkmək imkanı vermək və öyrətmək hədəfi ilə başladı və o vaxtdan bəri qlobal təsir göstərdi. Üç il ərzində layihə yerli biznesləri ön plana çıxardı, həmçinin Shamymu və Ibrahim kimi keçmiş könüllülər üçün karyera imkanlarının önünü açdı.

Street View təsvirinizi paylaşın