Autori şirkəti hər dəfə bir Street View təsviri ilə Finlandiya ərazisində yolların istismarı sahəsində necə inqilab etdi.

Yol örtüklərinin keyfiyyəti, köhnəlmiş yol işarələri və işıqlandırılmamış küçələr bütün dünyada sürücülər və bələdiyyələr üçün gündəlik mübarizə apardıqları çətinliklərdir. Lakin infrastrukturun qorunub saxlanması üçün həllər işləyib hazırlayan fin proqram təminatı şirkəti olan Autori Google Xəritənin Street View ilə küçə haqqında məlumatı daha səmərəli toplamaq və təhlil etməyin yolunu tapdı.

40,000 km

fotoşəkli çəkilmiş

8 milyon

yayımlanmış təsvir

50 milyon

baxış

yol datası

20

çəkim layihəsi

Finlandiyada yol istismarında idarəetmənin opltimallaşdırılması

1988-ci ildə təsis edilmiş Autori şirkəti şəraitin idarə olunması, tədbirlərin planlaşdırılması və texniki xidmətin koordinasiyası üçün Finlandiyanın yol mütəxəssisləri, podratçıları və üçüncü tərəf məsləhətçilərinə Proqram Təminatı Xidməti (SaaS) kimi həllər təqdim edir. Bütün ölkə ərazisində yol şəraitinin monitorinqi çox vaxt aparır və böyük xərc tələb edir, lakin digər şirkətlərin xərcləri gördüyü yerdə, Autori şirkəti unikal fürsətdən yararlana bildi. Şirkət öz Street View təsvirlərindən və SaaS həllindən istifadə edərək Finlandiyada yol istismarı infrastruktur datasının və qərar qəbuletmə prosesinin daha yaxşı idarə olunması üçün alət yaratdı.

Sürət və məlumat mübadiləsinə ehtiyac

Ənənəvi olaraq, yol mütəxəssisləri xüsusi məkanlarda hansı işlərə ehtiyac olduğunu öyrənmək üçün hər bir yolu fiziki olaraq ziyarət etməlidir. Bu, minlərlə kilometr ərazini qət etmək və qeydlər aparmaq üçün saysız-hesabsız dayanacaqlar etmək deməkdir. Bu isə yalnız ətraf mühit üçün zərərli deyil, həm də baha başa gəlir, çoxsaylı resursların cəlb olunmasını tələb edir və həddindən artıq vaxt aparır. Beləliklə, rəqəmsallaşdırılmış və ekoloji cəhətdən daha münasib həllə ehtiyac duyulan bir vaxtda, Autori şirkətini məsələyə qeyri-standart yanaşmaq haqqında düşünməyə vadar etdi. Və Street View ağıla gələn ilk küçə vizuallaşdırılmasının həlli oldu.

 

Yol istismarı ilə ayaqlaşmaq üçün həddən çox datanın müxtəlif tərəflərlə müntəzəm olaraq paylaşılması tələb olunur. Street View'da istifadəçilər arasında məlumat paylaşımını asanlaşdırmaq üçün bütün lazımi alətlər mövcuddur - Smartfonu olan hər kəs üçün əlçatandır və heç bir giriş və ya proqram təminatı quraşdırılması tələb etmir. Street View əvvəllər yolların istismarı üçün istifadə olunsa belə, datanı güncəl saxlamaq ən böyük problem idi. Street View'nu yol istismarı üçün proqram təminatımıza inteqrasiya etməklə bu problemi həll etmək fürsətini gördük.

-

Ari Immonen, Autori şirkətində Rəqəmsallaşdırma üzrə Konsaltinq şöbəsinin Direktoru

 

Google Street View Autori şirkəti Finlandiya yollarının xəritəsini çəkir

Yol təhlükəsizliyi üçün onlayn və oflayn inteqrasiya

2017-ci ilin əvvəlində Autori şirkəti şəkilləri dərc etmək üçün şirkətlərinin Google hesabından istifadə edərək Finlandiya dövlət yollarının 360 dərəcəli görüntüsünün şəklini çəkməyə və yükləməyə başladı. O vaxtdan bəri şirkət 40,000 km məsafədə dövlət yollarını əhatə etmiş, 8 milyon şəkil yükləmiş və yol istismarının idarəetməsini onlayn hala gətirmişdir. Şirkət Street View'nu SaaS həlləri ilə inteqrasiya edərək, yol mütəxəssislərinin yol aktivləri haqqında güncəl məlumatlara uzaqdan girişini asanlaşdırmışdır.

Autori şirkətinin Street View'da yayımladığı təsvirlər sayəsində, çatışmayan yol işarələri, nişanlar və ya yolda çuxurların olması barədə hesabatlar yüklənə və teqlənə, aidiyyatlı tərəflər isə öz ofislərindən Autori idarə paneli vasitəsilə bunları yoxlaya bilər. Fərdiləşdirilmiş həllər təqdim etməklə, Autori şirkəti podratçıların da müvafiq istismar işlərini vahid məkandan izləməsinə və planlaşdırmasına imkan yaradır. Yol istismar işləri başa çatdıqda, yol datasını güncəl saxlamaq üçün işçilər ərazinin yeni 360 dərəcəli şəkillərini çəkir və yükləyir. Bu, yoxlama aparmaq üçün əraziləri fiziki ziyarət etmək ehtiyacını azaldıb - vaxta, pula və istixana qazı tullantılarına qənaət etmək imkanı yaranıb.

Bütün istiqamətlərdə yol təhlükəsizliyində inqilab

Street View Autori şirkətinin Finlandiyada yol mütəxəssisləri üçün məlumat mübadiləsini və vəziyyət haqqında məlumatlılığı təkmilləşdirməsinə imkan verdi, bu da öz növbəsində xərcləri azaltmağa və səmərəliliyi artırmağa kömək etdi. Bunun bütün dünyada göstərə biləcəyi müsbət təsirini anlayan Autori gələcəkdə yol datasının toplanması və paylaşımı üçün standartlaşdırılmış model üzərində işləyir. Onlar həmçinin 1000 km məsafədə velosiped və piyada yollarının fotolarını çəkərək yerli sakinlərə karbon izlərini azaltmaqda kömək etdi. İndi insanlar güncəl dataya daxil ola və qısa məsafələrə daha ekoloji təmiz səyahət edə bilərlər. Bundan əlavə, bu yay şirkət Finlandiyada daha 15000 km məsafəni əhatə etmək üçün yenidən yola çıxacaq və ölkədəki bütün dövlət yollarının təxminən yarısının fotolarını çəkməyə və Street View'da dərc etməyə bir addım da yaxınlaşacaq.

Autori'nin uğuru bizneslərin Street View'dan istifadə edərək mürəkkəb problemləri həll etdiyi çoxlu unikal üsulların yalnız bir nümunəsidir. Bu sadəcə foto-xəritəçəkmə aləti deyil, biznesiniz üçün də ölçüyəgəlməz faydaları ola bilər. Street View uğur hekayənizi yazmağa hazırsınız?

Street View təsvirinizi paylaşın